Ordumuz ön sıralardadır - VİDEO

Ordumuz ön sıralardadır - VİDEO
Güclü ordular reytinqində Azərbaycan 52-ci, Ermənistan 96-cı yerdədir

Dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir.O cümlədən, dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur.

Azərbaycan ordusunun günü-gündən gücləndiyini Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına dair keçirilən müşavirədə xüsusi vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, Global Firepower 2019 mənbəsinə görə, tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir.

Azərbaycan və Ermənistan ordusunun müqayisəyə gəlməz olduğunu bildirən hərbi jurnalist İlqar Mikayıloğlu qeyd etdi ki, bu fərqi görmək üçün Ermənistan büdcəsindən orduya ayrılan rəqəmi göstərmək kifayətdir.

İlqar Mikayıloğlu deyir ki, ordular arasındakı fərqi aydın görmək üçün hər iki ölkənin büdcəsindən hərbi xərclər üçün ayrılmış vəsaitə diqqət yetirmək lazımdır.

Xatırladaq ki, Azərbaycan ordusu üçün 2019-cu ilin dövlət büdcəsindən 2 milyard dollara yaxın vəsait ayrılıb. Ermənistanın ayırdığı vəsait isə 528.7 milyondur.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə