“Qanlı Yanvar” FOTOSƏRGİSİ - VİDEO, YENİLƏNİB

“Qanlı Yanvar” FOTOSƏRGİSİ - VİDEO, YENİLƏNİB
İstanbulda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar sərgi təşkil edilib

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar İstanbul Şəhər Metrosunun “Yenikapı” stansiyasında “Qanlı Yanvar” adlı fotosərgi təşkil edilib.

Sərgi Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutub.

Sərgidə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən orijinal fotolar nümayiş olunur.

Yanvarın 17-dək davam edəcək sərginin açılışında konsulluğun əməkdaşları, İstanbulda yaşayan azərbaycanlılar, QHT və KİV nümayəndələri iştirak ediblər.

Sərgi barəsində məlumat verən Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev bildirib ki, tədbiri keçirməkdə məqsəd ölkəmizin müstəqilliyi yolunda dönüş nöqtəsi olan yanvar faciəsi haqqında türk ictimaiyyətini maarifləndirməkdir.

Sərgiyə baxış keçirən İstanbul sakinləri türk xalqının hər zaman Azərbaycanın yanında olduğunu və azadlıq uğrunda mübarizədə şəhid olan soydaşlarımızın ruhunu ehtiramla andıqlarını bildiriblər.

Qeyd edək ki, davamlı olaraq sərgilərin keçirildiyi "Yenikapı" sərnişinlərin ən çox istifadə etdiyi stansiyadır.

REAL-ın TÜRKİYƏ bürosu

Digər xəbərlər
Dünən

Bütün xəbərlər