Bu yağlardan istifadə qadağan edildi

Bu yağlardan istifadə qadağan edildi
Rusiyada qadağan edilən yağlardan Azərbaycanda istifadə edilir.

Rusiyada trans (doymuş) yağlardan istifadə qadağan edilib.

Bu barədə Rospotrebnadzor qərar verib. Verilən qərara görə, 2018-ci il yanvarın 1-dən etibarən ölkədə trans (doymuş) yağlardan istifadə qadağan edilib. Qadağalar market, yeməkxana və restoran sahiblərinə bildirilib.

Yeni qərara əsasən bu qadağanı pozanlar 1 milyon rubl (17659.67 ABŞ dolları) məbləğində cərimələnəcək. Qurumdan bildirilib ki, trans yağlar emal olunmuş qida məhsulları, marqarin, sendviç qarışıqları, qızardılmış qidalar, pizza, çiplər, pies, biskvit və digər məhsullarlar da ola bilər. Bu səbəbdən də, yoxlamalar məhz bu qidalar üzərində aparılacaq.

Azərbaycanda isə trans (doymuş) yağlardan istifadə qadağan deyil. Lakin bu yağlardan istifadə insan orqanizmi üçün zərərlidir. Bu səbəbdən də, “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov bildirib ki, yaxşı olardı bu yağla hazırlanan məhsullardan istifadə edilməsin.

“Azərbaycanda bu tipli yağların istifadəsində qadağa yoxdur. Düşünürəm ki, yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyi bu məsələlərə baxacaq. Əksər hallarda Rusiyada bəzi qida məsələləri əsasən iqtisadi yox, siyasi amillərlə bağlıdır. Rusiyanın Avropa ilə münasibətlərində problemlər olduğuna görə, belə məsələləri qabardırlar. Belə yağlardan istifadə arzu olunmaz haldır”, - deyə Eyyub Hüseynov bildirib.

Trans yağların yarada biləcəyi xəstəliklər

Qeyd edək ki, aşağıda qeyd edilən xəstəliklərin çoxu trans yağların səbəb olduğu damar daralması, yüksək xolesterol və ya damar sərtliyi nəticəsində yaranır:
- Alzheimer xəstəliyi
- Xərçəng xəstəliyi
- Diabet
- Piylənmə
- Qaraciyər xəstəlikləri
- Ürək xəstəlikləri
- Qadınlarda sonsuzluq
- Depressiya
- Ana südünün keyfiyyətinin aşağı düşməsi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər