"Keşlə" bu gün Antalyada ilk yoxlama oyununa çıxacaq

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama görüşləri davam edir.

"Report"un məlumatına görə, bu gün Azərbaycan klublarından yalnız "Keşlə" yoxlama matçında qüvvəsini sınayacaq.

Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda ilk sınağında Almaniyanın III Bundesliqa təmsilçisi "Zvikau" klubu ilə üz-üzə gələcək. Hələlik oyunun başlama saatı məlum deyil.

Qeyd edək ki, daha öncə Azərbaycan klublarından "Sabah" Macarıstanın "Pakş" klubuna 0:2 uduzub, "Rumıniya təmsilçisi "Akademika Klinçeni" ilə qolsuz bərabərə qalıb. "Səbail" Qazaxıstanın "Jetisu" klubuna 0:1, "Sumqayıt" Macarıstan "Kaposvar"ına 3:4 və "Qəbələ" Macarıstan MTK-sına 0:3 hesabı ilə məğlub olub. "Neftçi" isə ilk yoxlama matçında "Polşa"nın "LKS Lodz" klubuna 0:4 hesabı ilə uduzub. Türkiyə "Ümraniyespor"una 0:3 hesabı ilə məğlub olan "Zirə" ikinci matçında Rumıniyanın "Sepsi" klubuna qalib gəlib - 2:0.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə