Ən güclülər müəyyənləşir - VİDEO

Ən güclülər müəyyənləşir - VİDEO
Cüdoçular fərdi və komanda yarişinda mübarizə aparirlar

Fövqəladə Hallar Nazirliyinin idman kompleksində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçirilir. 2003-2005-ci il təvəllüdlü idmançıların mübarizə apardığı yarışda 74 klubun 592 təmsilçisi qüvvəsini sınayır. Onlardan 505-i oğlanlar, 87-i isə qızlar arasında ən güclünü müəyyənləşdirir. Ölkə birinciliyi ilk dəfə fərdi və komanda şəklində təşkil olunur.

Nəticələrə gəlincə. Samir Əliquliyev, Əlihümbət Qafarov, Vüqar Talıbov, İslam Rəhimov, Vüsal Qələndərzadə, Hüseyn Dadaşov, Əli Hacıyev, Nahid İsmayılov və Məhəmməd Məmmədzadə oğlanların fərdi yarışında baş mükafata sahib çıxıb.

Könül Əliyeva, Pərvanə Abdullayeva, Xumar Qasımzadə, Səbinə Qədirova, Emilya Mirzəyeva, Nigar Şahməmmədova, Fidan Əlizadə və Nərmin Əmirli qızlar arasında ölkə birincisi olub. Bu gün cüdoçular komanda yarışında qalibləri müəyyənləşdirirlər.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə