AQTA sədrindən 12 ton saxta kərə yağının aşkarlanmasına - Münasibət

AQTA sədrindən 12 ton saxta kərə yağının aşkarlanmasına - Münasibət

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli "Bizim Market" Məhdud Məsuliyyətli Cəmiyyətdə 12 ton saxta kərə yağının aşkarlanmasına münasibət bildirib.

O, qeyd edib ki, hazırda bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olurlar:

"12 ton saxta kərə yağının aşkarlanması faktı ilə bağlı hüquq mühafizə orqanları məsğul olur. "Bizim market" mağazasında saxta kərə yağı satışına cəhd olub. Marketin sahibini aldatmağa cəhd edilib. Məlum olub, ki, o kərə yağı deyil, belə faktların olmaması üçün sahibkarların məsuliyyəti artmalıdır. Hər hansı bir cinayətkar sertifikatı elektron tətbiq vasitələrindən istifadə edərək, saxtalaşdırıbsa, həmin saxta yağı qablaşdırıb ticarət şəbəkəsinə veribsə, bunun AQTA ilə əlaqəsi yoxdur. Bizim saytda şirkətlərin reyestri var və biz həmin şirkətlərin Azərbaycana idxal olunan məhsullar barədə məlumat veririk. Hər hansı bir ticarət şəbəkəsi bununla maraqlansa, o zaman bilər ki, saxta mal var, ya yoxdur. Biz bu faktla bağlı "Bizim Market"i günahlandırmamaışıq. Açıqlamamızda da bildirdik ki, burada sırf cinayət qrupa iştirak edib və SN Qida Təchizat” MMC tərəfindən təqdim olunan Qida Təhlükəsizliyi sertifikatı (“İdxalçı müəssisənin adı və ünvanı”, “göndərən müəssisənin adı və ünvanı”, “mənşə ölkəsi”, “yüklənmə yeri”, “istehsalçının adı və ünvanı bölmələri”) saxtalaşdırılıb".

REAL

 

"".

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə