AŞPA-nın müşahidə missiyasının Azərbaycana səfərinin vaxtı açıqlanıb

AŞPA-nın müşahidə missiyasının Azərbaycana səfərinin vaxtı açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti Milli Məclisə seçkilərlə əlaqədar Azərbaycana səfərə gələcək.

Bunu “Report”a açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

O bildirib ki, AŞPA-nın seçkiqabağı müşahidə missiyası yanvarın 21-də Azərbaycana gələcək və səfər yanvarın 24-dək davam edəcək: “Səfər çərçivəsində AŞPA nümayəndələri MSK, parlament rəhbərliyi, Milli Məclisdə təmsil olunan müxalifət və iqtidar partiyalarının nümayəndələr, müxtəlif dövlət qurumları, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə bir sıra görüşlər keçirəcək. Səfərin əsas məqsədi seçkiqabağı ölkədə mühitin öyrənilməsi və gedən proseslərə AŞPA tərəfindən qiymət verilməsidir”.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə