Bakı polisinin rəisi: Ötən il paytaxtda 57 cinаyətkаr qrup ifşa edilib

Bakı polisinin rəisi: Ötən il paytaxtda 57 cinаyətkаr qrup ifşa edilib

"Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 5 minə yaxın hadisə aşkarlаnıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 278 bağlı cinayət açılıb".

"Report"un xəbərinə görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov əməliyyat müşavirəsində deyib.

İl ərzində 34 soyğunçuluq və quldurluq cinayəti törətmiş 78 nəfərdən ibarət 33 qrupun, eləcə də 95 mənzildən oğurluq edən 131 nəfərdən ibarət 57 cinаyətkаr qrupun ifşa olunduğunu nəzərə çatdıran M.Seyidov nаrkоtiklərlə bаğlı aşkar olunan 1.244 fakt üzrə 372 kiloqramdan çox müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığını, istintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara dəymiş maddi ziyanın isə 94,7 faizinin ödətdirildiyini vurğulayıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə