Şübhəli kreditlər - VİDEO

Şübhəli kreditlər - VİDEO
Hökumət kreditlərin verilməsinə nəzarəti gücləndirir

2020-ci ilin iyul ayınadək Mərkəzi Bank bank sektorunda, o cümlədən şübhəli kreditlərin verilməsinə nəzarətin gücləndirilməsi üzrə müvafiq tədbirlər görəcək. Bu barədə Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən "2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda qeyd edilib.

Bunula yanaşı, ilin sonunadək Mərkəzi Banka İqtisadiyyat və Maliyyə Nazirlikləri ilə birgə bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.

İqtisadçı ekspert, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə hesab edir ki, bisnes kreditlərin alınmasında real sektorun özü də maraqlı olmalıdır.

Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu ilin fevralında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə