ADA Universitetində 20 Yanvar faciəsi anıldı - VİDEO

ADA Universitetində 20 Yanvar faciəsi anıldı - VİDEO
30 ilin qan yaddaşı

ADA Universiteti Xarici İşlər Nazirliyi ilə birgə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir təşkil edib.

Tədbiri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva açaraq 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin rəmzi, şəhidlərin isə ilk qəhrəmanlarımız olduğunu söylədi..

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxış edərək bildirdi ki, Azərbaycan xalqı 20 Yanvarı həm kədərlə, həm də qürurla qeyd edir. Qürurla ona görə qeyd edir ki, 20 Yanvar müstəqilliyimizin müəyyənləşdirilməsində çox mühüm rol oynayıb.

Tədbirdə çıxış edən Xarici İşlər naziri Elmar Məmmədyarov isə dedi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı hadisələrdən biridir. Bu faciənin törədilməsinin müxtəlif səbəbləri var idi.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev isə bildirdi ki, 20 Yanvar faciəsi təkcə elə həmin gecə baş verən bir hadisə deyildi. 20 Yanvara Sumqayıt hadisələrindən başlayan və Xocalıda davam edən bir hadisə kimi baxmaq lazımdır.

Tədbir digər çıxışlarla davam etdi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə