Bakı Ali Neft Məktəbində 20 Yanvar hadisələrinə həsr olunan anım mərasimi keçirilib

Bakı Ali Neft Məktəbində 20 Yanvar hadisələrinə həsr olunan anım mərasimi keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunan tədbir keçirilib.

Ali Məktəbdən REAL-a verilən məlumata görə, əvvəlcə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Prezident İlham Əliyevin 2019-cu ilin dekabrın 13-də "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" imzaladığı Sərəncama uyğun olaraq bütün dövlət qurumlarında, təhsil ocaqlarında, eləcə də BANM-də müvafiq tədbirlər keçirilib.

Rektor faciə haqqında danışaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqın yaddaşına həkk olunduğunu bildirib. O, 20 Yanvar faciəsinə ümummilli lider Heydər Əliyevin siyasi iradəsi sayəsində hüquqi qiymət verildiyini diqqətə çatdırıb.

“1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı dövründə onun səyləri nəticəsində 1994-cü il martın 29-da Milli Məclis tərəfindən qəbul edilən qərarda, nəhayət ki, qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Faciədən 30 ilə yaxın bir dövr keçir. Ötən müddət ərzində faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi və inkişafı tam bərqərar olub”.

Rektor Ali Məktəbin tələbələrinə xalqımızın tarixində baş vermiş bütün faciələrin, eyni zamanda 20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyindən də danışıb, onlara təhsil aldıqları ingilis dili biliklərindən istifadə edərək bu işdə fəal olmağı tövsiyə edib.

Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş qısa sənədli film nümayiş etdirilib.

Xatırladaq ki, 20 Yanvar faciəsi zamanı bir neçə gün ərzində 137 nəfər öldürülüb, 700-dək insan yaralanıb, 800-dən çox adam qanunsuz həbs edilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə