Əməkdaşlar onlayn yoxlanılacaq - VİDEO

Əməkdaşlar onlayn yoxlanılacaq - VİDEO
"Azərişıq" ASC interaktiv müsahibələrə başlayıb

"Azərişıq" ASC interaktiv müsahibələrin tətbiqinə start verib.

Müsabiqələr ilk dəfə olaraq teleprezent sistemi ilə keçirilir.

Bu sistemin ilk dəfə Qərb regionu üzrə həyata keçirildiyi qeyd edilib

"İlk dəfə müasir teleprezent sistemi ilə Qərb regionundan canlı müsahibədə 14 namizəd iştirak edərək müxtəlif vəzifələr üzrə Tədris Mərkəzində kurs keçmələri üçün qeydiyyata alınıblar."

Xatırladaq ki, ötən ildən başlayaraq “Azərişıq” ASC-də işlə təmin olunmaq üçün müraciət elektron qaydada aparılır. İşə Qəbul Komissiyası tərəfindən mütəmadi təşkil edilən müsahibələrdə və Tədris Mərkəzi kurslarında müvəffəqiyyət qazanan namizədlər ASC-nin Kadr Ehtiyat Bankına daxil edilir, elektron növbə sistemi ilə işlə təmin edilirlər.

Qeyd edək ki, “Azərişıq” ASC-nin hazırda Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, İmişli şəhərlərində Tədris Mərkəzləri fəaliyyət göstərir. Gələcəkdə Tədris Mərkəzlərinin digər şəhər və rayonlarda da açılması planlaşdırılır. Mərkəzlərdə Müəllim və professor heyəti tərəfindən ASC əməkdaşlarına ən son texnoloji yeniliklərin imkanlarından yararlanaraq yeni praktik biliklər tədris olunur.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə