Quş qripinə qarşı monitorinq - VİDEO

Quş qripinə qarşı monitorinq - VİDEO
Quş qripindən qorunmaq məqsədilə növbəti monitorinq keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə xəstəliyə qarşı növbəti monitorinqləri keçirib.

Monitorinqlər çöl quşları arasında Abşeron yarımadasını, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli park və təbiət qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarının ərazilərini əhatə edir.

Eyni zamanda həmin müddətdə Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı həyətyanı təsərrüfatlar, kiçik və böyük həcmli quşçuluq təsərrüfatlarında da seroloji monitorinqlərin keçirilməsi nəzərdə tutulub.

Həmin ərazilərdən toplanılan çöl quşlarının nümunələri Şabranda yerləşən Ağzıbir Ovçuluq Təsərrüfatında qurulan və Cənubi Qafqazda ilk dəfə ölkəmizdə istifadə edilən çadır tipli biotəhlükəsizlik səhra laboratoriyasında müayinə olunur.

Mobil şəraitdə müayinələrin aparılmasında məqsəd qısa vaxt ərzində daha çevik və operativ şəkildə müayinə nəticələrinin əldə edilməsidir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər