20 Yanvar hadisələrinin ildönümü BDU-da qeyd edilib - VİDEO

20 Yanvar hadisələrinin ildönümü BDU-da qeyd edilib - VİDEO
30 ilin qan yaddaşı

Bakı Dövlət Universitetində 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri ali məktəbdə 20 Yanvar Şəhidlərinin xatirəsinə ucaldılmış abidənin ziyarəti ilə başlandı.

Daha sonra universitetin akt zalında Azərbaycanın Dövlət Himni səsləndi və tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Ardınca 30 il əvvəl törədilən 20 Yanvar hadisələrinə həsr edilən sənədli film nümayiş olundu.

Filmin nümayişindən sonra çıxış edən universtetin rektoru Elçin Babayev Qanlı Yanvar gününü xatırladı.

Tədbirdə universitetin müəllim heyətinin çıxışı oldu. 20 Yanvar gecəsi şəhid olmuş Yanvar Nəsirovun həyat yoldaşı, Almara Nəbiyeva çıxışında 20 Yanvar gününü Azərbaycan xalqının azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu qeyd etdi.

Sonda Universitetin “Gənc istedadlar” liseyinin şagirdlərinin təqdimatında 20 Yanvar hadisələrinə həsr edilmiş kompazisiya göstərildi.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə