MSK müraciətlərə baxdı - VİDEO

MSK müraciətlərə baxdı - VİDEO
Parlament seçkisində iştirak üçün 2431 nəfər müraciət edib

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyişiklik edilib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK üzvü Qabil Orucov məlumat verib.

Q.Orucov bəzi KİV qrupun tərkibindən çıxarılmağını təklif etdi.

MSK nəzdində fəaliyyət göstərən Mətbuat Qrupunun tərkibinə daxil edillənlər arasında REAL Təhlil və İnformasiya Mərkəzi var.

Azərbaycan beynəlxalq təşkilatların fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini izləməsi üçün lazımi şərait yaradıb.

Mərkəzi Seçki Komissiyası həmçinin bir sıra namizədlərin müraciətinə baxıb.

İclasda namizədlərin əmlakları barədə düzgün məlumat göstərmədikləri üçün qeydə alınmadıqları bildirilib.

Həmin müraciətlər MSK iclasında müzakirə edilərək namizədlərin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyalarının qərarı qüvvədə saxlanılıb.

MSK tərəfindən DSK-nın bir neçə qərarı ləğv edilib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə