Bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - VİDEO, YENİLƏNİB

Bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - VİDEO, YENİLƏNİB
30 ilin qan yaddaşı

20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar olaraq paytaxtın prospektlərində, bəzi yollarada məhdudiyyətlər olacaq.

BŞDYPİ-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov REAL-ın birbaşa efirində ətraflı məlumat verib.

"Yanvarın 20-də saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Bir dəqiqəlik sükutun edilməsi elanı verildikdə hər bir nəqliyyat vasitəsinin sürücüsü dayanmalı və səs siqnalından istifadə etməlidir"

Bu sözləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

Yanvarın 20-i səhər saat 8-dən bəzi küçə və prosektlərdə avtomobillərin hərəkətinə məhdudiyyətin qoyulması və istiqamətin dəyişdirilməsi də nəzərdə tutulub.

Belə ki, ziyarətə gələnlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Parlament prospekti istiqamətində Mehdi Hüseyn küçəsi 1, Teleteatr inzibati binasının yanından İzzət Nəbiyev, Abbasqulu Abbaszadə, yəni Milli Məclisin inzibati binasının arxasından, eləcə də Mikayıl Müşfiq Hüseyn Cavid küçələrinin kəsişməsindən, həmçinin Mikayıl Müşfiq dairəsi Mətbuat prospektinin kəsişməsindən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək:

"Paytaxtın Parlamet prospekti Şəhidlər Xiyabanı istiqamətində kəsişən bütün küçə və prospektlərdən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Şəhidlər Xiyabanı istiqamətində Mehdi Hüseyn küçəsi 1, yəni teleteatr inzibati binası yanından, həmçinin İzzət Nəbiyev Abbasqulu Abbaszadə küçələri kısişməsindən, eləcə də Mikayıl Müşfiq, Hüseyn Cavid, həmçinin Mikayıl Müşfiq dairəsi Mətbuat prospekti kəsişməsindən qeyd edilən istiqamətlər üzrə isitiqamət hərəkət tam dayandırılır və istiqamət dəyişdirilir. Alternativ yol kimi sürücülər digər ərazilərdən istifadə etməlidir", - deyə Vaqif Əsədov bildirib.

Parlament prospektindən hərəkət edən sürücülər isə alternativ yol kimi paytaxtın Neftçilər prospekti Azneft dairəsi, Bayraq meydanı, Bayıl qəsəbəsi 20-ci sahə dairəsindən istifadə edə bilərlər.

Yeri gəlmişkən, 20 Yanvar hadisəsinin 30-cu ildönümü ilə bağlı Şəhidlər Xiyabanında son hazırlıq işləri aparılır.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, anım gününə bir neçə gün qalsa da, artıq ziyarətçilərin xiyabana axını müşahidə olunur.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə