YAP-da 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirilir - VİDEO

YAP-da 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirilir - VİDEO
30 ilin qan yaddaşı

YAP-ın icra katibi Əli Əhmədov bu barədə çəxəş edərək bildirib ki, təssüf ki, 20 Yanvar qırğınını törədənlər öz layiqli cəzalarının almayıblar.

Əli Əhmədov bildirib ki, Azərbaycanın qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətinin təmsilçiləri 20 Yanvar hadislərinin 30 illiyinin qeyd edərkən dünyanın müxtəlif beynəlxalq təşkilatlarından bu qırğına bais olanların günahsız qalmaları ilə bağlı müraciətlərini edə bilərlər. 

Onun sözlərinə görə, 30 il bundan əvvəl törədilən faciə, sadəcə olaraq, Azərbaycan tarixinin hüzn günü kimi qeyd edilməli deyil: “Bu, Azərbaycan xalqının öz azadlığı uğrunda mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir. Faciədən 30 il ötür, bu gün Azərbaycan müstəqil dövlətdir, həmin faciə törədiləndən təqribən bir il sonra sovet hakimiyyəti çökdü və Azərbaycan da öz müstəqilliyinə qovuşmuş oldu. Bu gün ayrıca olaraq vurğulayırıq ki, Azərbaycanın müstəqillik qazanmasında, öz müstəqil inkişaf yolunu seçməsində 20 Yanvar faciəsi zamanı öz canlarını qurban vermiş şəhidlərimizin də böyük rolu var. Azərbaycan xalqı 20 Yanvar faciəsini və onun qurbanlarını heç zaman unutmur, unutmayacaq”.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev çıxışında vurğulayıb ki, 20 Yanvar Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi yazılıb: “1990-cı il 20 Yanvar hadisələri sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi misli görünməmiş hərbi təcavüz, insanlığa qarşı törədilmiş ən ağır cinayətdir. 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi sahəsində ilk və mühüm tarixi addımlarını təmin edən ümummilli lider Heydər Əliyev tərəfindən 20 Yanvar əlillərinin, şəhid ailələrinin, hərtərəfli qayğı ilə əhatə olunması üçün mühüm qərarlar qəbul edilib".

Tədbir çıxışlarla davam edib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər