Pompeo Almaniyada dörd ölkənin rəsmiləri ilə görüşəcək

Pompeo Almaniyada dörd ölkənin rəsmiləri ilə görüşəcək

Liviya üzrə beynəlxalq konfransda iştirak etmək üçün Almaniyaya səfər edən ABŞ dövlət katibi Mayk Pompeo konfrans çərçivəsində Aİ, Misir, Türkiyə, Almaniya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmiləri ilə görüşəcək.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Qeyd olunub ki, Pompeo öncə Misir prezidenti Əbdülfəttah əs-Sisi və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel ilə görüşəcək.

Bundan başqa amerikalı diplomatın Türkiyə, Almaniya və BƏƏ xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Heiko Maas, Abdulla ibn Zayd ilə görüşün keçirilməsi də nəzərdə tutulub. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə