İran qəzeti: “20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin rəmzidir“

İran qəzeti: “20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin rəmzidir“

İranın “Beşarat-e nou” qəzetində “20 yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin rəmzidir” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın İrandakı səfirliyinin 20 Yanvar hadisələrinin 30–cu ildönümü ilə əlaqədar yaydığı bəyanatdan istifadə olunub. Yazıda nəzərə çatdırılıb ki, Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü torpaq iddiaları və SSRİ rəhbərliyinin buna biganəliyi xalqın meydanlara çıxıb ədalət tələb etməsinə gətirib çıxarmışdı. Lakin xalqın öz haqqını tələb etməsi mərkəzi hökumətin maraqlarına cavab vermirdi. 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə qayda-qanunu bərpa etmək adı altında Bakıya xüsusi təyinatlı hərbi birləşmələr yeridildi və xalqa qarşı dövlət səviyyəsində terror aktı həyata keçirildi. Həmin gecə Bakıda əsgərlər tərəfindən 121 insan qətlə yetirilib, 700-dən artıq vətəndaş yaralanıb və xəsarət alıb. Sonrakı günlər də daxil olmaqla 147 nəfər həlak olub. Yaralananların 25-i qadın, 20-si uşaq idi.

Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhlükələrə məhəl qoymadan kəskin bəyanatla çıxış edərək SSRİ rəhbərlərini və şəxsən M.Qorbaçovu kəskin tənqid etdiyi, baş verən faciəni Azərbaycan xalqına qarşı cinayət adlandırdığı diqqətə çatdırılır. Bildirilir ki, məhz Heydər Əliyevin bu bəyanatından sonra dünya ictimaiyyəti Azərbaycan xalqının başına gətirilən faciədən xəbər tutdu. Heydər Əliyevin bəyanatı xalqı daha da cəsarətləndirdi. Beləliklə, Azərbaycan öz müstəqilliyini qazandı.

Yazıda vurğulanır ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib. Bu isə onu deməyə əsas verir ki, 20 Yanvar şəhidlərinin qanı əbəs yerə axmayıb. Azərbaycan xalqı irəli doğru addımlayır və müstəqillik uğrunda canlarını qurban verənləri unutmur.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə