Almaniya XİN rəhbəri ABŞ-ın İran siyasətini tənqid edib

Almaniya XİN rəhbəri ABŞ-ın İran siyasətini tənqid edib

Almaniya Xarici İşlər naziri Hayko Mas ABŞ-ın təhdidlərinin və hərbi aksiyalarının İranın Yaxın Şərq siyasətini dəyişməyə kömək etmədiyini bildirib.

APA-nın xəbərinə görə, Almaniya XİN rəhbəri “Bild am Sonntag” qəzetinə müsahibəsində deyib ki, xaricdən təsir nəticəsində İranda rejim dəyişikliyinin avtomatik situasiyanı yaxşılaşdıracağını düşünmək düzgün deyil.

H. Mas İraqın timsalında bunun uğursuzluqla nəticələndiyini qeyd edib: “Avropa İttifaqı vəziyyəti gərginləşdirmək əvəzinə diplomatiyaya üstünlük verir, İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planını dəstəkləyir. İranla razılaşma olmasaydı, artıq Tehran atom bombasına malik idi. Biz mütləq buna mane olmalıyıq ”.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə