Lənkəranda qəza baş verib - YENİLƏNİB 2 , VİDEO

Lənkəranda qəza baş verib - YENİLƏNİB 2 , VİDEO
Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb

Lənkəran rayonu ərazisində baş verən yol qəzasında yanaraq ölən şəxsin kimliyi məlum olub.

APA-nın cənub bürosunun məlumatına görə, “Volvo” və “QAZel” markalı yük avtomobillərinin toqquşması nəticəsində baş verən yanğında ölən şəxs Cəlilabad rayon Alar kəndinin sakini, 1983-cü il təvəllüdlü Rasif Nabatəli oğlu Əzizovdur.

***

11:40

Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəranda baş verən yol qəzası barədə məlumat yayıb.

REAL xəbər verir ki, Nazirliyin saytında yerləşdirilən məlumatda bildirilir ki, FHN-in "112" qaynar telefon xəttinə Lənkəran şəhərinin Girdəni kəndində “Volvo” və “QAZel” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yanğın hadisəsinin baş verdiyi barədə məlumat daxil olub.

Hadisə yerinə Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Yanğın nəticəsində “QAZel” markalı yük avtomobilinin mühərrik hissəsi, kabinəsi və banında olan 3 ton arpanın 1,5 tonu yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) yanmış meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

10:40

Lənkəranda Rusiya və Azərbaycana məxsus yük maşınları toqquşması nəticəsində sürücülərdən biri ölüb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə hadisə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 196-cı km-də, Lənkəran rayonunun Girdəni kəndindən keçən ərazisində baş verib.

Belə ki, Rusiya Federasiyasına məxsus qoşqulu yük maşını - "TIR" və "Qazel" markalı yük maşınları toqquşub. Nəticədə Cəlilabad rayon sakininin (şəxsiyyəti məlum deyil) idarə etdiyi "Qazel" markalı yük maşını alışıb. İçərisində taxıl dolu yük olduğundan yük maşını sürətlə alovlanıb. Yük maşınında sərnişin olan Cəlilabad rayon Alar kənd sakini 1981-ci il təvəllüdlü Xalim Qulaməli oğlu Cəfərov xəsarət alıb.

Hadisə yerinə FHN-in xilasetmə briqadası və Yanğından Mühafizə Xidmətinin bir yanğınsöndürən maşını cəlb edilib. Yanaraq ölmüş sürücü Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Yaralanan sərnişin isə TTSTY-nin "113" xidməti maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə