Beynəlxalq turnirə yekun vurulub

Beynəlxalq turnirə yekun vurulub
Yarışda 12 ölkədən 900-dən çox idmançı mübarizə aparıb

Azərbaycan Milli Karate Federasiyası və "Arpaçay Karate Klubu"nun birgə təşkilatçılğı ilə uşaq, yeniyetmə və gənclər arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq karate turniri başa çatıb. Bakı İdman Sarayında reallaşan yarışda 12 ölkədən 900-dən çox idmançı mübarizə aparıb. Sayca 5-ci dəfə təşkil olunan açıq turnirdə karateçilər kata və kumite yarışlarında qüvvələrini sınayıblar.

Xəyal Göyüşov, Yusif Quliyev, Sərvi Hüseynzadə, Atilay Əbdülkərim, Osman Əlizadə, İlkin Əliyev, Elməddin Səlimli, Rafael Yusibov, Rza Maqsudlu, İsfəndiyar Novruzov, Səməd Hüseynzadə, Emil Şıxəliyev və Amil Abbaslı oğlanlar arasında kumite yarışlarının qalibi olub.

Leyla Məmmədli, Xədicə Qasımova, İlqarə Qurbanova, Aysu Tarverdi, Nərmin Əliyeva və Mədinə Kazımova qızlar arasında baş mükafata sahib çıxıb.

Xatırladaq ki, ilk gündə karateçilər kata yarışlarında ən güclüləri müəyyənləşdiriblər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə