Nitsadan 7 medalla

Nitsadan 7 medalla
Güləşçilərimiz Qran-Pridə 4 qızıl, 2 gümüş, 1 bürünc mükafat qazanıb

Fransada olimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri turniri keçirilib. Nitsa şəhərində reallaşan yarışın proqramına əsasən, ilk gündə sərbəst, növbəti gün isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşib.

Ölkəmizi turnirdə yunan-Roma güləşi üzrə millimiz təmsil edib. Komandamız Qran-pridə 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

Bütün rəqiblərinə qalib gələn Murad Məmmədov, Ülvi Qənizadə, Rafiq Hüseynov və Sabah Şəriəti fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sənan Süleymanovla Orxan Nuriyev ikinci yerə çıxıb. Taleh Məmmədov isə bürünc mükafata layiq görülüb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə