"Qarabağ"ın futbolçusunu İtaliya klubu istəyir

"Qarabağ" klubunun futbolçusu Faysal Rerras karyerasını İtaliyada davam etdirə bilər.

"Report"un məlumatına görə, İtaliya B Seriyasının təmsilçisi "Benevento" Mərakeş əsilli belçikalı futbolçunun transferində maraqlıdır.

Hazırda B Seriyasında turnir cədvəlinə başçılıq edən komanda sürpriz olmayacağı təqdirdə, növbəti mövsümdən A Seriyasında çıxış edəcək. Bu səbəbdən, yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Benevento" klubu "Qarabağ"ın sol cinah müdafiəçisini transfer etmək istəyir. Ağdam təmsilçisi hələlik klubla müqaviləsi olan futbolçuya gələn təklifə münasibət bildirməyib. 

Qeyd edək ki, 26 yaşlı futbolçu ötən ilin yayında "Qarabağ"a transfer olunub. 

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə