Premyer Liqa və I Divizion hakimləri laktat testi veriblər

Premyer Liqa və I Divizion hakimləri laktat testi veriblər

Azərbaycan Premyer Liqası və I Divizion hakimlərinin iştirakı ilə təlim-məşq toplanışı keçirilib.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində keçirilən toplanışın əsas hissəsi nəzəri biliklərə həsr olub. 

Toplanışa rəhbərlik edən Kiros Vassaras hər iki qrup üçün məşqlər keçib. Məşqlər müxtəlif mövqelərdən quraşdırılımış videokameralar vasitəsilə qeydə alınıb. Daha sonra hakimlərin müsbət və mənfi tərəfləri qeydə alınmış videogörüntülər vasitəsi ilə onlara izah olunub.

Toplanış çərçivəsində hakimlər yenidən laktat testi veriblər. Onların sürət və güc dözümlülüyü, bədən quruluşları və əzələ testləri yoxlanılıb. Koordinasiya və stabilizasiya testlərinin ardından hər bir hakimə verilmiş fərdi məşq planının hansı səviyyədə yerinə yetirildiyi, əvvəlki testlə müqayisədə inkişafın olub-olmaması müəyyənləşdirilib. 

Qeyd edək ki, laktat testi Taro Netzer və Fritz Stuçlik tərəfindən həyata keçirilib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə