"İnterpol"un keçmiş rəhbərinə 13 il 6 ay həbs cəzası verilib

Çin məhkəməsi "İnterpol"un keçmiş rəhbəri Men Hunveyi 13,5 il müddətinə azadlıqdan məhrum edib. 

“Report” “Deutsche Welle”yə istinadən xəbər verir ki, o, rüşvət almaqda təqsirli bilinib. 

İyundakı dinləmədə M.Hunvey 14,5 milyon yuan (2,1 milyon dollar) miqdarında rüşvət aldığını etiraf etmişdi. 

Xatırladaq ki, M.Hunvey keçən ilin sentyabrında "İnterpol"un qərargahı olan Fransadan Çinə səfəri zamanı yoxa çıxmışdı. O, rüşvət almaqda təqsirli bilinərək həbs edilmiş və Kommunist Partiyasından ixrac edilmişdi. Onun xanımı isə Fransada sığınacaq alıb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə