Bakıda idman zalından oğurluq edilib

Bakıda idman zalından oğurluq edilib

Bakıda idman zalından oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də rayon ərazisindəki idman zallarının birindən 1125 manat, 2 ədəd velosiped və 1 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini R.Dadaşzadə və Quba rayon sakini A.Həsənov saxlanılıb.

Bundan başqa, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 12-də rayon ərazisində “Hyundai” markalı avtomobildən 1205 avro, 20 ABŞ dolları və sənəd oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş E.Şükürov saxlanılıb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə