Daxili orqanında heroin keçirmək istədi - Saxlanıldı

 Daxili orqanında heroin keçirmək istədi -  Saxlanıldı

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İrandan gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb. 

Bu barədə REAL-a DGK-dan məlumat verilib.

Şifahi sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib.

Sonra vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında aparılan tibbi müayinə nəticəsində vətəndaşın düz bağırsağından, şəffaf sellofana bükülü, ümumi çəkisi 94 qram olan qəhvəyi rəngli, narkotik vasitə - heroin, çəkisi 3 qram olan tünd qəhvəyi rəngli, narkotik vasitə - tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə