Davos Forumu qlobal iqtisadiyyata yeni istiqamətlər verəcək- VİDEO

Davos Forumu qlobal iqtisadiyyata yeni istiqamətlər verəcək- VİDEO

İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun 50-ci iclası işinə başlayıb. Prezident İlham Əliyev Forumun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasında işgüzar səfərdədir.
İlham Əliyev artıq bir sıra görüşlər keçirib. O, "Carlyle Group" şirkətinin həmtəsisçisi Devid Rubinşteyni və "VTB Bank"ın prezidenti-idarə heyətinin sədri Andrey Kostini qəbul edib.

Ümumiyyətlə, Davos İqtisadi Forumu yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün əhəmiyyətli tədbirlərdən biri kimi dəyərləndirilir. Davos İqtisadi Forumu çərçivəsində qeyri-rəsmi formada keçirilən dövlət və hökumət başçılarının, iri biznes nümayəndələrinin, ayrı-ayrı sahələrdən ekspertlərin görüşləri problemlərin həlli üzrə optimal variant tapmağa kömək edir.

Davos İqtisadi Forumu özünü təsdiqləmiş nüfuzlu iqtisadi platformadır. Azərbaycan isə bu forumun ən aktiv təmsilçilərindən biridir. Prezident hər il bu forumda fəal şəkildə iştirak edir və ölkənin iqtisadi potensialı barədə orada çalışan iş adamları, eləcə də mediaya ciddi məlumatlar verir. Eyni zamanda, bu forum çərçivəsində Azərbaycanın təbliği baxımından geniş işlər görülür.

Fikrət Yusifovun deyir ki, Azərbaycan dünyada böyük neft-qaz ölkəsi kimi qəbul olunur. Digər tərəfdən bir sıra xarici şirkətlər Azərbaycanın qeyri-neft sektoruna da investisiya yatırmağa maraq göstərir. Azərbaycan regionda mühüm iqtisadi tərəfdaş imicini layiqli şəkildə qoruyur. Bu platformadan müsbət istiqamətdə yararlanaraq, Azərbaycana gələcəkdə mühüm iqtisadi və siyasi dividentlər qazandırıla bilər.

Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində yanvarın 22-nə təyin olunmuş “Strateji Proqnoz: Avrasiya” sessiyasında iştirak və çıxış edəcək.

Görüş iştirakçıları region üçün 2020-ci ildə strateji prioritetləri müzakirə edəcəklər. Sessiyanın gündəliyinə iqtisadi imkanların yaradılması, geosiyasi gərginliklərin idarə edilməsi və texnoloji tətbiqetmənin sürətlənməsi kimi məsələlər daxil edilib. Dövlət başçısının bir sıra nüfuzlu Qərb mətbuatına müsahibələr verəcəyi də gözlənilir.

İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin yaradılmasında önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir.

Davos İqtisadi Forumu həm də iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabatı xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə