İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən iclasda iştirak edib

 İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən iclasda iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya üçün yeni baxış - dayanıqlı inkişaf üçün tərəfdaşlıq” mövzusunda iclasda iştirak edib.

REAL xəbər verir ki, iclasda Avrasiyada ölkələrarası əməkdaşlıq məsələsi müzakirə olundu. Həmçinin ticarət, energetika, nəqliyyat sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, dördüncü sənaye inqilabının region üçün əhəmiyyəti vurğulandı.

İclasda Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqa, Gürcüstanın Baş Naziri Giorgi Qaxariya, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti və digər nüfuzlu qonaqlar iştirak ediblər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə