Şimali Koreya nüvə-raket sınaqları ilə bağlı moratoriumuna əməl etməyəcəyini açıqlayıb

Şimali Koreya nüvə-raket sınaqları ilə bağlı moratoriumuna əməl etməyəcəyini açıqlayıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə-raket sınaqları ilə bağlı özünün müəyyən etdiyi moratoriuma bundan sonra əməl etməyəcəyini açıqlayıb.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, KXDR buna səbəb kimi ABŞ-ın tətbiq etdiyi “qəddar və qeyri-insani” sanksiyaların davam etməsini göstərib. “Biz artıq digər tərəfin yerinə yetirmədiyi öhdəliklərə birtərəfli qaydada bağlı qalmağın mənasını görmürük”, - deyə Şimali Koreyanın BMT-nin Cenevrə bölməsindəki nümayəndəliyinin müşaviri Cu Yonq-çol qurumun himayəsi ilə keçirilən tərksilah konfransında bildirib.

Vaşinqtonu Pxenyana qarşı “ən kobud və qeyri-insani” sanksiyalar tətbiq etməkdə ittiham edən KXDR diplomatı, ABŞ tərəfdən bu cür siyasətin davam etdiriləcəyi halda Koreyanın nüvə silahsızlaşdırılmasının baş tutmayacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, KXDR tərəfi nüvə danışıqlarının bərpasından ötrü yeni təkliflər irəli sürmək üçün ABŞ-a 2019-cu ilin sonunadək vaxt vermişdi.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə