“Boeing” korporasiyanın səhmləri yenidən ucuzlaşıb

“Boeing” korporasiyanın səhmləri yenidən ucuzlaşıb

Amerikanın “Boeing” aerokosmik korporasiyanın səhmləri NASDAQ birjasında 4,03% azalıb.

“Report” xəbər verir ki, buna səbəb “737 MAX” təyyarələrinin yenidən istismara qaytarılmasının gecikməsidir.

Səhmlərin azalması şirkətin əsas tədarükçülərində də müşahidə olunur. Belə ki, “General Electric” və “Spirit AeroSystems” şirkətlərinin səhmləri müvafiq olaraq 1,1% və 3,2% azalıb.

Daha əvvəl “Boeing”in “737 MAX” təyyarəsinin yığımını dayandıracağı barədə məlumat yayılmışdı.

Xatırladaq ki, “737 MAX”ın üzləşdiyi iki qəza nəticəsində 346 nəfər dünyasını dəyişib. 2018-ci ilin oktyabrında İndoneziyada "Lion Air" şirkətinin təyyarəsi qəzaya uğrayıb, martda “Ethiopian Air” onlarla insanın ölümünə səbəb olub. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə