Azərbaycanda kirayə mənzillər üçün elekron müraciətlərin qəbulu müvəqqəti təxirə salınıb

Azərbaycanda kirayə mənzillər üçün elekron müraciətlərin qəbulu müvəqqəti təxirə salınıb

Azərbaycanda yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə bu gün başlanmış elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb. 

"Report" xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, nəticədə “Elektron ipoteka və kredit zəmanət sistemi” ("Elektron sistem") üzrə müraciətlərin qəbulunda problemlər yaranıb. Hazırda Fond aidiyyəti təşkilatlarla birlikdə "Elektron sistem"in dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası və sistemin hər bir istifadəçisinə bərabər şəraitin təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir. Qeyd olunan texniki problemlər aradan qaldırıldıqdan və bu halların təkrarlanmaması üçün zəruri tədbirlər həyata keçirildikdən sonra vətəndaşlara əlavə məlumat veriləcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə