“Azneft”in idarəsində istehsalat müşavirəsi keçirilib

“Azneft”in idarəsində istehsalat müşavirəsi keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində (NQÇİ) 2019-cu ilin istehsalat fəaliyyətinin yekunu, hasilatın artırılması üçün hazırlanmış Tədbirlər Proqramının müzakirəsi ilə müşavirə keçirilib.

“Report”un “Azneft”ə istinadən verdiyi məlumata görə, “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov N.Nərimanov adına NQÇİ-nin gələcək perspektivlərindən danışıb, neft-qaz hasilatının artırılması istiqamətində görüləcək işlərdən söz açıb. Son illər “Bulla-dəniz” yatağında quraşdırılan yeni platformaların, qazılan yeni quyuların əməhiyyətini vurğulayan baş direktor kollektiv qarşısında mühüm tapşırıqlar qoyub.

Sonra N.Nərimanov adına NQÇİ-nin rəisi Pərviz Əhmədov 2019-cu ilin istehsalat fəaliyyətinin yekunu ilə bağlı hesabat verib.

Müşavirədə bir sıra təkliflər səsləndirilib, qarşıda duran mühüm vəzifələr müzakirə edilib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə