Azərbaycan idmançısı: Qış Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacağam

Azərbaycan idmançısı: Qış Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacağam

"Çıxışımdan razı deyiləm. Daha yüksək nəticə əldə etmək istəyirdim, ifamda əksiklər var idi".

"Report"un məlumatına görə, bu fikirləri İsveçrənin Lozanna şəhərindəki Yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparmış Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova Milli Olimpiya Komitəsinin rəsmi saytına açıqlamasında deyib.

17 yaşlı idmançı səhvlərinin üzərində işləyəcəyini və bacarıqlarını maksimum dərəcədə göstərməyə çalışacağını vurğulayıb. 

Ryabova "Yeniyetmələrin Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən ilk idmançı olmaq necə hissdir" sualına belə cavab verib: "Çox əla hissdir. İlk olaraq bu yarışda Azərbaycanı təmsil etməkdən məmnunam. Dəstək üçün hamıya təşəkkür edirəm".

O, yarışda qarşısına çıxan çətinliklərdən və daha yaxşı nəticə əldə edə bilməməsinin səbəbindən danışıb: "Bir az hazırlıq səviyyəm, həyəcan və bəzi digər faktorlar mənə mane oldu".

Ryabova ölkəni böyüklərin olimpiadasında təmsil etmək ehtimalından da söz açıb: "Ümid edirəm ki, azarkeşlər bunu görəcəklər. 2022-ci il Pekin Qış Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacağam".

Qeyd edək ki, 9 yanvarda başlayan "Lozanna-2020"yə bu gün yekun vurulacaq. Yekaterina Ryabova yarışı 8-ci pillədə başa vura bilib. 

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə