Ovusu Kvabena “Qarabağ”da - FOTO

Ovusu Kvabena “Qarabağ”da - FOTO
Almeydanın yeni klubu müəyyənləşib

İspaniyanın "Leqanes" klubunun futbolçusu Ovusu Kvabenanın karyerasını Azərbaycanda davam etdirəcəyi dəqiqləşib. İspaniya mətbuatının yaydığı xəbərə görə, icarə əsasında oynadığı "Kordoba"dan ayrılan qanalı hücumçunun “Qarabağ” komandasına keçidi məsələsi həllini tapıb. Ölkə çempionumuz həm "Leqanes"lə, həm də 23 yaşlı oyunçunun özü ilə hərtərəfli anlaşma əldə edib. Kvabena yaxın günlərdə komandaya qoşulacaq və rəsmi müqaviləyə qol çəkəcək. Onun transferinin detalları barədə məlumat verilməyib.



“Qarabağ”dan ayrılan Rişard Almeydanın yeni klubu müəyyənləşib. Azərbaycan millisinin üzvü karyerasını BƏƏ-nin “Baniyas” komandasında davam etdirəcək. 31 yaşlı braziliya əsilli futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Xatırladaq ki, 2012-ci ilin iyunundan “Qarabağ”da oynayan Almeyda 2018-ci ilin yayında Qazaxıstan “Astana”sına keçib. Köhlən atlar ötən ilin yanvarında Riçardı bir illik icarəyə götürüb.

REAL

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə