9 nəfər ölüb - VİDEO

9 nəfər ölüb - VİDEO
Virusa yoluxma hallarının sayı 440-a çatıb

Çində yeni yayılan təhlükəli koronovirusdan 9 nəfər ölüb.

Onların hamısı Uxan əyalətinin sakinləridir. Virus ilk dəfə bu ərazidə aşkar edilib.

Hazırda 440 nəfərin həmin virusa yoluxduğu bildirilir.

Virusun şəhərindəki dəniz məhsulları və ət bazarında qanunsuz satılan vəhşi heyvanlardan yayıldığını güman edilir. Bir qrup alim isə sözü gedən koronavirusun mənbəyinin yarasalar olduğunu güman edir.

Artıq bazar dezinfeksiya edilib və fəaliyyətinə müvəqqəti qadağa qoyulub.

Milli Səhiyyə Komissiyasının müavini Li Bin bildirib ki, virus tənəffüs yolu ilə yoluxur.

Hazırda virusun yayılma təhlükəsi çoxdur.

Beynəlxalq Səhiyyə Təşkilatı virusun yayılması ilə əlaqədar fövqəladə yardım komitəsinin təcili iclasını təyin edib.

Xatırladaq ki, 2019-cu il 31 dekabrda Çin hökuməti Uxan şəhərində naməlum infeksiyon xəstəliyinin başlandığını açıqlayıb.

Yanvar ayında xəstəliyin törədicisinin yeni koronavirus növü olduğu məlum olub.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə