Millimiz Özbəkistan seçməsinə qarşı

Millimiz Özbəkistan seçməsinə qarşı
Tərəflər hazırlıq çərçivəsində 2-ci dəfə üz-üzə gəlirlər

2020-ci il Dünya Çempionatının elit-raunduna hazırlaşan futzal üzrə milli komandamız növbəti yoxlama oyununu keçirəcək. Joze Alesionun yetirmələri Bakıdakı toplanış çərçivəsində bu gün Özbəkistan kollektivi ilə qarşılaşacaq. Bakı İdman Sarayında oynanılacaq matç saat 20-də start götürəcək. Tərəflər ötən gün də yoldaşlıq görüşü çərçivəsində üz-üzə gəlmişdilər. Qarşılaşma 3:2 hesabı ilə özbəkistanlıların xeyrinə başa çatmışdı.

Xatırladaq ki, seçməmiz yanvarın 13-dən elit-raunda hazırlıqlara start verib. Brazılıyalı çalışdırıcı toplanışa 14 oyunçu dəvət edib. Millimiz Xorvatiya, Rusiya və Slovakiya kollektivləri ilə birgə C qrupunda qərarlaşıb. Qrupumuzun oyunları yanvarın 29-dan fevralın 1-dək Xorvatiyada keçiriləcək. İlk oyunda meydan sahibləri ilə üz-üzə gələcək futzalçılarımız, ertəsi gün rusiyalılarla qarşılaşacaqlar. Komandamız son turda slovakiyalılarla üz-üzə gələcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcəklər. İkinci pillənin sahibi olacaq 4 kollektiv pley-off-da münasibətləri aydınlaşdıracaqlar. Pley-off oyunları aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə reallaşacaq.

REAL

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə