Yağış suyu küçəni keçilməz edir - VİDEO

Yağış suyu küçəni keçilməz edir - VİDEO
"Bakı Sukanal" idarəsinin əməkdaşları əraziyə baxış keçirəcək

Bura paytaxtın Sabunçu rayonu Yeni Ramana qəsəbəsinin Bünyadzadə küçəsidir.

Yağış yağan kimi bu küçənin sakinlərinin qara günləri başlayır. Küçəyə dolan yağış suları keçmək üçün sakinlərə qayıq lazım. Sakinlər bildirir ki, əvvəllər burada belə subasma hallarında rast gəlinmirdi. Hər şey küçənin yuxarı hissəsində yerləşən yolun təmirindən sonra başladı, çünki yolda yağış sularının axıdılması üçün kanalizasiya sistemi onların küçəsindən keçən kanalizasiya borularına qoşulub. Nəticədə kanalizasiya borusu yüklənir və tullantı suları ətrafa yayılmağa başlayır. Bu həm də antisanitar vəziyyətə gətirib çıxarır.

Məsələ ilə bağlı "Azərsu" ASCnin “Bakı Sukanal” İdarəsi ilə əlaqə saxladıq idarənin rəis müavini Əlizadə Nəsirov bildirdi ki, məsələdən xəbərsizdir və gün ərzində əraziyə Bakı sukanal idarəsinin əməkdaşları tərəfindən baxış keçiriləcək. Daha sonra ərazidə müvafiq işlərin görülməsi üçün lazımi tədbirlər həyata keçiriləcək.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə