Satış öhdəlikli kirayə mənzillər - VİDEO

Satış öhdəlikli kirayə mənzillər - VİDEO
Elektron müraciətlərin qəbulu prosesində problem yaranıb

Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə bu gün başlanmış elektron müraciətlərin qəbulu prosesində problem yaranıb. “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb.

İpoteka və Kredit Zəmanət Fondundan isə bildirirlər ki, aidiyyətı təşkilatlar “Elektron ipoteka və kredit zəmanət sistemi”nin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası üçün zəruri tədbirlər həyata keçirir.

Ümumiyyətlə, mənzilləri satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmini ekspertlər müsbət qiymətləndirir. Belə ki, son 30 ildə mənzillərə əhalinin real tələbatı artıb. 90-cı illərdə mənzil tikintisinin həcminin azalmasını və növbəti illərdə miqrasiyanı, doğumu, mənzil fondunun köhnəlməsini, sosial tələblərin dəyişməsini vəs. nəzərə alsaq onda hazırda əhalinin ölkə üzrə illik mənzil tələbatı 4 milyon kvadrat metrdir. Amma Dövlət Statistika Komitəsinin açıqladığı rəqəm bunun yarısı 2 milyon, 2 milyon 200 min kvadrat metr civarındadır.

Bu tələbin qarşılanması üçün bir çox layihələr, o cümlədən mənzilləri satmaq öhdəliyi ilə kirayəyə verilməsi layihələri həyata keçirilir. Ekspert hər bir layihənin özünəməxsus hədəf qrupunun olduğunu, sözügedən layihədə isə əsas hədəfin həm aztəminatlı və ortatəminatlı ailələr, həm də real gəlirlərini göstərə bilməyən ailə kateqoriyası olduğunu deyir.

İctimaiyyət arasında mənzillərin aylıq kirayə haqqının 700-800 manat olması ilə bağlı məlumatlar dolaşır. Nüsrət İbrahimov bunun maksimal qiymət olduğunu, lakin daha ucuz mənzillər də əldə etməyin mümkün olduğunu deyir. Ekspert yeni sistemin sərfəli olduğunu deyir və bunu hesablamalarla əsaslandırır:

Nüsrət İbrahimov deyir ki, pulun zaman dəyərini və evlərin qiymətinin bahalaşmasını nəzərə alsaq, onda bu, təklif olunan qiymətlərin sərfəli olduğu anlamına gəlir.

Qeyd edək ki, Azərbaycanda kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif olunacaq mənzillərin aylıq ödənişi Bakıda 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə