Niderlandda şahmatçılarımız “sülh”ə razılaşıblar

Niderlandda şahmatçılarımız “sülh”ə razılaşıblar

Niderlandın Veyk-an Zee şəhərində təşkil olunan “Tata Steel Chess 2020” turnirində şahmatçılarımız növbəti heç-heçəyə imza atıblar.

AZƏRTAC xəbər verir ki, festivalın "Tata Steel Chalangers" (B turniri) turnirinin onuncu turunda mübarizə aparan şahmatçımız Rauf Məmmədov yerli idmançı Jorden Van Foreestlə “sülh”ə razılaşıb.

On turun nəticəsinə görə aktivində 5 xal olan R.Məmmədov 7-ci sırada qərarlaşıb.

"Tata Steel Chalangers"ə seçim turniri olan "Tata Steel Qualifer"də mübarizə aparan gənc şahmatçımız Aydın Süleymanlının da 5-ci turda Almaniya təmsilçisi Roven Vogellə oyununda bərabərlik qeydə alınıb. Beş turun nəticəsinə görə A.Süleymanlı 3 xalla 3-6-cı yerləri bölüşür.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə