Şahmatçılarımızdan “Masters” turnirində iki qələbə, bir məğlubiyyət

Şahmatçılarımızdan “Masters” turnirində iki qələbə, bir məğlubiyyət

“Gibraltar International Chess Festival 2020” festivalının Azərbaycan şahmatçılarının da iştirak etdiyi “Masters” turnirinin ikinci turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, təmsilçilərimiz Şəhriyar Məmmədyarov İngiltərədən olan Stephen Gordon, Vasif Durarbəyli almaniyalı Elizabet Paehtzə qalib gəlib. Digər təmsilçimiz Günay Məmmədzadə isə rusiyalı Mixail Kobaliaya məğlub olub. Ş.Məmmədyarov və V.Durarbəylinin 2, G.Məmmədzadənin isə 1 xalı var.

Qeyd edək ki, “Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılıb ki, onlardan da 116-sı qrossmeysterdir. Turnirin reytinq favoriti təmsilçimiz Ş.Məmmədyarovdur.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə