Azərbaycanda elektrik enerjisinin istehsalı ötən il 3%-dən çox artıb

Azərbaycanda elektrik enerjisinin istehsalı ötən il 3%-dən çox artıb

2019-cu ildə Azərbaycanda ümumi elektrik enerjisi istehsalı 2018-ci il ilə (25236,0 mln. kVt•st) müqayisədə 851,1 mln. kVt•st və ya 3,37% artaraq 26 087,1 mln. kVt•st çatıb.

"APA-Economics"ə Energetika Nazirliyindən verilən məumata görə, ötən il İES-lərdə elektrik enerjisinin istehsalı 2018-ci ilə ( 23 169,5 mln. kVt•st ) nisbətən 1 012,4 mln. kVt•st artaraq 24 181,9 mln. kVt•st, SES-lərdə keçən ilə (1 782,2 mln. kVt•st) nisbətən 222,5 mln. kVt•st azalaraq 1559,7 mln. kVt•st, GES-lərdə isə keçən ilə (39,3 mln. kVt•st) nisbətən 4,9 mln. kVt•st artaraq 44,2 mln. kVt•st təşkil edib.

KES-lərdə 2018-ci ilə (82,7 mln. kVt•st) nisbətən 22,7 mln. kVt•st artaraq 105,4 mln. kVt•st, Bio ES-lərdə isə  2018-ci ilə (162,2 mln. kVt•st) nisbətən 33,7 mln. kVt•st artaraq 195,9 mln. kVt•st enerji istehsal olunub.

Elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2018-ci ilə (22 520,7 mln. kVt•st) nisbətən 867,7 mln. kVt•st yüklərək 23 388,4 mln. kVt•st, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə keçən ilə (431,4 mln. kVt•st) nisbətən 8,1 mln. kVt•st azalaraq 423,3 mln. kVt•st, 

Bundan əlavə, Müstəqil Elektrik Stansiyaları üzrə 2018-ci (2 283,7 mln. kVt•st) nisbətən 8,3 mln. kVt•st azalaraq 2275,4 mln. kVt•st təşkil edib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə