MSK treninqlərə başladı - VİDEO

MSK treninqlərə başladı - VİDEO
Layihə 32 mindən çox aşağı seçki komissiyası üzvünü əhatə edir

Bu gün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan maarifləndirmə proqramı çərçivəsində növbəti irimiqyaslı layihə olan aşağı seçki komissiyaları üçün treninqlərə başlanıldı.Treninqlər 2 mərhələdən ibarət hazırlanıb.Bu gündən başlayaraq dörd gün ard-arda keçiriləcək “Trenerlər üçün treninq” adlı ilk mərhələ Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən müxtəlif əyani və metodiki vəsaitlərdən istifadə edilməklə praktiki məşğələlər şəklində keçirilir.
Hər seçki dairəsindən iki təmsilçi olmaqla, dairə seçki komissiyalarının ümumilikdə 250 yerli treneri treninqlərin bu mərhələsində seçki günü prosedurları barədə aydın məlumat əldə edirlər.

İkinci mərhələsi yanvarın 27-dən başlamaqla, seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq bir həftə - fevralın 2-dək davam edəcək.
Bu mərhələnin də praktiki formada və 36 nəfərədək aşağı seçki komissiyası üzvünün iştirakı ilə kiçik qruplar şəklində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki,treninq layihəsi ümumilikdə 32000-dən artıq aşağı seçki komissiyası üzvünü əhatə edir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə