KOBİA-nın ilk forumu - VİDEO

KOBİA-nın ilk forumu - VİDEO
Qida biznesində mövcud vəziyyət və perspektivlər müzakirə olundu

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın 2020-ci ildə keçirdiyi ilk forum qida biznesinə həsr edildi.

“Qida biznesi forumu: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil olunmuş forumda KOBİA-nın, Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və digər müvafiq dövlət qurumlarının nümayəndələri, eləcə də qida sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak etdilər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd etdi ki, qida sektorunda çoxsaylı sahibkarlar fəaliyyət göstərir. və Təkcə 2019-cu ildə bu sahədə 10 mindən artıq sahibkarlıq subyekti qeydiyyatdan keçib.

KOBİA-nin yanında ictimai şuranın sədri Fərhad Qaraşov İSƏ çıxışı zamanı bildirdi ki, "İctimai şuranın əsas fəaliyyət prinsipləri sahibkarlar tərəfindən təqdim olunan rəylərin, təkliflərin agentliyin diqqətinə çatdırılması və agentlik daxilində baş verən hər hansı bir yeniliklərin biznes ictimaiyyətinə çatdırılması üçün yaradılmış bir körpüdür."

Qeyd edək ki, 2019-cu ildə KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə müxtəlif mövzularda 6 forum keçirilib və belə tədbirlər 2020-ci ildə də davam etdiriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə