“Trans Xəzər” layihəsi Davosda - VİDEO

“Trans Xəzər” layihəsi Davosda - VİDEO
"Azərtelecom"un layihəsi "Caspian Week"də təqdim olunacaq

Davosda işinə başlayan sayca 50-ci Dünya İqtisadi Forumu çərçivəsində yanvarın 22-də “Caspian Week” tədbirində həmçinin “AzərTelecom” şirkətinin icra etdiyi layihənin təqdimatı olacaq. Layihənin məqsədi Avropa ilə Asiya arasında internet bağlantısında Azərbaycanı tranzit bir marşrutdan mərkəzi ölkəyə çevirməkdir. Bu məqsədlər daxilində əsas olan layihələrdən biri də “Trans Xəzər” layihəsidir. “Trans Xəzər” layihəsi xüsusi əhəmiyyət kəsb edir.

“Trans Xəzər” layihəsi iki istiqamətdən ibarətdir. Birinci istiqamət Azərbaycan – Qazaxıstan istiqaməti üzrədir və ikinci istiqamət isə Azərbaycan – Türkmənistan istiqamətidir. Azərbaycan – Qazaxıstan istiqaməti üzrə inşa olunan Xəzər dənizindən keçən fibrooptik kabeli Asiya ilə Avropa arasında bağlantı yaradacaq və burada məqsəd Çin və Çin ətrafında olan ölkələrin internet tranzit marşrutlarının Azərbaycandan keçməsidir. Hazırda həmin marşrutların 1 istiqaməti Rusiya üzərindən keçir və uzunluğu təxminən 11 min km-ə yaxındır.
İkinci istiqamət isə Çindən keçən marşrutlar okean üzərindən bağlantılar gedir. Əsas bu bağlantılar AVOV biləyində yerləşən müxtəlif data mərkəzlərində birləşir və internet oradan alınır. Çünki internetin məlumatların yerləşdirildiyi həmin məlumat mərkəzləri əsasən Frankfurt, London, Amsterdan, Sofiya və bu kimi şəhərlərdə yerləşir. Azərbaycana keçən bu marşrutun 9 min km olması planlaşdırılır. Bu da yeni yaranan marşrutun ən yaxın, ən sərfəli və gecikmələri ən az olan bir marşrut olacaq.

İkinci planlaşdırılan istiqamət Azərbaycan – Türkmənistan istqaməti üzrədir. Burada isə əsas məqsəd gələcəkdə Hindistan və onun ətrafında olan ölkələrin də internetə olan tələbatının da Azərbaycan üzərindən tranzit olaraq ödənilməsidir. “Caspian Week” tədbirində “Trans Xəzər” layihəsinin məhaiyyəti və çəkilən bu infrastruktur layihələrinin gələcəkdə həm Azərbaycana, həm də Azərbaycan ətrafında olan regionlara verəcəyi birbaşa və dolayı yolla verəcəyi töhfələrdən danışılacaq. Çünki 4-cü sənaye inqilabı “Davos Forumu”nda geniş müzakirə olunan mövzulardan biridir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə