BDU-da imtahanlara ictimai baxış - VİDEO

BDU-da imtahanlara ictimai baxış - VİDEO
Prosesdə rektor, KİV nümayəndələri və təhsil ekspertləri iştirak edib

Bakı Dövlət Universitetində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında imtahanlara ictimai baxış keçirildi.

İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, Təhsil Nazirliyi İctimai Şurasının üzvləri, təhsil ekspertləri, media və ictimaiyyət nümayəndələri ilə əvvəlcə müzakirələr aparan rektor Elçin Babayev mövcud qanunvericiliyin və Azərbaycan Respublikası Təhsil nazirinin 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı müvafiq əmrinin tələblərinin nəzərə alındığını, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şəraitin yaradıldığını və fakültə dekanları, kafedra müdirlərinin qarşısında konkret vəzifələr qoyulduğunu bildirdi.

Sonra proses iştirakçıları sessiyasının gedişinə nəzarət edən, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması işini həyata keçirən İmtahan Qərargahının fəaliyyəti ilə də tanış oldular.

Nəzərinizə çatdıraq ki, Qərargah imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi daha yüksək səviyyədə təmin etmək, mümkün münaqişələri və neqativ halları operativ surətdə aradan qaldırmaq məqsədilə yaradılıb.

Qərargah, eyni zamanda, Təhsil Nazirliyində fəaliyyət göstərən “Qaynar xətt” xidmətindən daxil olan hər bir şikayətin operativ surətdə araşdırılmasını və nəticəsi barədə Təhsil Nazirliyinə məlumatların verilməsini təmin edir.

İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, media nümayəndələri və digər iştirakçılar həm də imtahan keçirilən auditoriyalarda olub və imtahanların gedişini izləyiblər.

Eyni zamanda, monitorinq otağında auditoriyalara kameralar vasitəsilə baxış keçirilməsi prosesi ilə də tanış olublar.

Qeyd edək ki, imtahan prosesində İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, təhsil ekspertləri və digər rəsmilər iştirak ediblər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə