Qaxda məktəbli dəm qazından boğularaq ölüb

Qaxda məktəbli dəm qazından boğularaq ölüb

Qaxda 10-cu sinif şagirdi dəm qazından boğularaq ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Qaxbaş kəndində baş verib.

Kənd sakini, 17 yaşlı Rövşən Kamran oğlu Qurbanov yaşadı evin vanna otağında dəm qazından zəhərlənib. R.Qurbanov yaxınları tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Meyit müayinə olunması üçün məhkəmə tibb ekspertizasına verilib.

Faktla bağlı araşdırma aparılır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə