Gürcüstanda şərab istehsalı rekord həddə çatıb

Gürcüstanda şərab istehsalı rekord həddə çatıb

Ötən il Gürcüstan dünyanın 53 ölkəsinə 94 milyon şüşə şərab ixrac edib ki, bu da əvvəlki illə müqayisədə 9 faiz çoxdur.

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Şərab Agentliyinin hesabatında bildirilib.

Vurğulanıb ki, bu göstərici ölkənin müstəqillik tarixində rekord həddir.

Hesabat dövründə şərab ixracının dəyəri isə əvvəlki illə müqayisədə 17 faiz artaraq 240 milyon ABŞ dollarına çatıb.

Qeyd edilib ki, ötən il ölkənin şərab ixracatı Böyük Britaniyaya 60 faiz, ABŞ-a 48 faiz, Polşaya 17 faiz və Çinə 2 faiz artırıb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən