Şahmatçımız “Masters” turnirinin liderlər qrupunda mübarizə aparır

Şahmatçımız “Masters” turnirinin liderlər qrupunda mübarizə aparır

Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalının “Masters” turnirində şahmatçımız ardıcıl 3-cü qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Vasif Durarbəyli üçüncü turda yunanıstanlı Vasilios Kotroniası məğlub edərək aktivinə daha bir xal yazdırıb. Şəhriyar Məmmədyarov isə növbəti rəqibi fransalı Jules Moussardla heç-heçə edib. Üç turdan sonra V.Durarbəyli maksimum xalla liderlər qrupunda mübarizə aparır. Ş.Məmmədyarov isə 2,5 xal toplayıb.

“Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılıb. Onlardan 116-sı qrossmeysterdir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə